"Nazirlik tərəfindən növbəti ildə qiymətlərin cari ildəki kimi artacağı proqnozlaşdırılmır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, FAO-nun açıqlamasına görə dünyada qiymət səviyyəsi son 30 ildə ən yüksək səviyyəyə çatıb: “Bunun nəticəsində də ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunub. Bu da bizim inflyasiya səviyyəsinə ən çox təsir edən amildir. Hazır qida məhsulları idxal qiymətləri indeksi 25%-i ötüb. FAO-nun proqnozları isə daha ümidvericidir. Növbəti ildə inflyasiyanın səngiməsi gözlənilir".
Anar Kəlbiyev