“Dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi çoxşaxəlidir. Bu sahədə bir sıra dövlət müəssisələri İnvestisiya Holdinqinin tərkibinə verilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, digər müəssisələr isə müxtəlif qurumlardadır.
"Bu müəssisələrin hər birinə onların xüsusiyyətləri nəzərə alınmaqla, dövlət maraqları gözlənilməklə, eyni zamanda ölkə iqtisadiyyatının inkişafında onların rolu nəzərə alınmaqla xüsusi yanaşmalar tətbiq olunur. Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan müəssisələr sağlamlaşdırılaraq özəlləşdirməyə çıxarılacaq. Bu proses davam etdiriləcək".
Anar Kəlbiyev