İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-noyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 111,19 % əməl edib.
“Unikal” xəbər verir ki, bu barədə Komitənin sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.
O qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 396,3 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.