Rəqqasə-aktrisa Oksana Rəsulova "Zaurla Günaydın" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, aktrisa şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib. Oksana aktyor-aparıcı Şəhriyar Əbilovla evliliklərindən danışıb.
"Təəssüf edirik ki, əvvəldən evlənmədik, bir-birimizə o gözlə baxmadıq. İndi 12-15 yaşında uşağımız var idi. Allah belə qismət etdi".
Oksana toyla bağlı suallara "Fikirləşdik ki, bir ilə yaxın müddətdə Osmana kiçik toy edəcəyik. Bütün dostlarımızı ora yığaq" cavabını verib.
Şəhriyar isə "Fikrimizdə toy etmək yoxdur. Ola bilsin kiçik qonaqlıq verək, yaxınları yığaq. Ola bilsində ki, oğlumuzun kiçik toyunda yığışaq. Görək. Əsas ayrılıqlar az olsun. Biz bir-birimizi başa düşürük" reaksiyasını verib.