"Yaprak dökümü" serialı ilə məşhurlaşan türkiyəli aktyor Tolqa Karel bir il əvvəl düşdüyü qəzanın görüntülərini paylaşıb. 

"Unikal" xəbər verir ki, bu barədə o, "Instagram"  hesabında  qəzanın görüntülərini yayımlayıb. Belə  ki, 4 nəfərin ölümünə səbəb olan "TIR" sürücüsünə 110 il həbs cəzasının verilməsi olub.

Sürücünün qəzanı törətməsinə səbəb Tolqanın yaşadığı eyni problemdən, əyləcin partlamasından yaranıb. O, əgər əsas yolda qəzanı törətsəydi bənzər aqibətin onu da gözləyəcəyini vurğulayıb.

Tolqa paylaşımından sonra haqqında ölümü ilə bağlı çıxan xəbərləri təkzib edərək, qəzanın 2020-ci ildə baş verdiyini bildirib.