Xalq yazıçısı Çingiz Abdullayev "Üzə-düz" verilişinin qonağı olub.
"Unikal" xəbər verir ki, o, aparıcının "Kişilər xəyanət etsə onu bağışlamalıyıq" ifadəsinə yazıçı maraqlı cavab verib.
"Quranda da, hədislərdə də yazılıb ki, hər bir kişi 4 dəfə evlənə, 400 qadın da saxlaya bilər. Mən saxlamıram. 35 ildə 1 dəfə evlənmişəm, bununla da bitib", - deyə o, cavab verib.
Daha sonra yazıçı, "Qadına icazə verilmir 4 ər saxlamağa, kişilərə isə icazə verilir. Pis ya yaxşı, tarixdə bu, belə olub. Xəyanət pis sözdür. Kişiləri ona görə bağışlamaq olur ki, onları qadınları, qızları sevirlər. Onları qəbul etmək lazımdır, bağışlamaq olar, nə edək, indi bu, belədir də”, - deyə ifadə edib.