Əməkdar artist Mətanət İsgəndərli "Tarixin bir günü" proqramında qonaq olub.
"Unikal" xəbər verir ki, müğənni verilişdə oğlu Kərimin qalmaqallı boşanma məsələsindən danışıb.
O, bu hadisə ilə gündəmə gəlmək istəmədiyini açıqlayıb:
"Bu haqda danışmaq istəmirəm. Elə bil ki, bu ölkədə bir mənim oğlum boşanıb. Minlərlə boşanan var. Bunu böyük hadisə etdi. Elə bilirlər mən edirəm. Yazırlar ki, Mətanət xanım, bəsdirin. Mən nə edim? Bu haqda heç danışmaq istəmirəm. Edənlər edirlər. Məqsədləri nədirsə, Allah bilsin. Nəvələrim yanımda, hər şey yaxşıdır. Zaman hər şeyi göstərəcək".
Qeyd edək ki, Kərim 3 övladının anası Canana ilə qalmaqallı şəkildə boşanıb.