Göygöldə zəhərlənmə faktı qeydə alınıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.
1989-cu il təvəllüdlü S.Cəfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 33 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.