Gürcüstanda dörd nazir COVID-19-a yoluxub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, təhsil naziri Mixeil Çxenkeli, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili və regional inkişaf və infrastruktur naziri İrakli Karseladze koronavirusa test nəticələri müsbət çıxıb.
Hazırda həmin nazirliklərin əməkdaşlarının da nəzarət altında olduğu bildirilir.