Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə Excelsior otelində ”Azərbaycan –Avstriya Beynəlxalq Turizm Proqramı”(AATP) çərçivəsində tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirin təşkilİində başlıca məqsəd dövlətimizin qayğısı və dəstəyi ilə yaranan və uğurla fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsi- Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) son15 ildə turizm sektoru müstəvisində ixtisaslı kadr göstəricilərini şərtləndirən artım tempini təhsil ictimaiyyətinə çatdırmaq idi. Qeyd etmək lazımdır ki, ölkə ali təhsil tarixində ilk dəfə olaraq ATMU 2007 – ci ildən İMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramılarını uğurla həyata keçirir.Beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin rəsmiləri, ölkəmizin ali təhsil müəssisələrinin rektorları, müxtəlif yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. ATMU-nun rektoru İlham Mədətov beynəlxalq proqramın əhəmiyyəti və əsas hədəflərindən ətraflı bəhs edib.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov isə yubiley- çıxışında turizm sənayesinin ixtisaslı kadr potensialı ilə təmin edilməsində məhz beynəlxalq təhsil layihələrinin önəmli olduğunu detallı faktlarla isbatlayıb.Tədbirə qatılan İMC Krems Tətbiqi Elmlər Universitetinin içracı direktoru Karl Ennsfellnerin məruzəsində proqramın əsas prioritetləri və inkişaf tarixinə aydınlıq gətirilib. “Azərbaycan-Avstriya beynəlxalq turizm proqramı:15 illik uğur.ATMU və İMC Krems Qlobal təhsil tərəfdaşlığı”adlı beynəlxalq tədbirə proqram çərçivəsində təhsil alan tələbələr, o cümlədən məzunlar da qatılıblar. Tədbir günlə səsləşən xüsusi video çarxın nümayişi ilə başa çatıb.