Fransada prezident seçkilərinin birinci turunun ilkin nəticələri məlumdur.

"Unikal" “Figaro”ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi bütün kommunalarda bülletenlərin sayılmasını başa çatdırıb.

Səslərin 100%-i sayıldıqdan sonra Makronun 27,6% səs topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 23,41% səs toplayıb.

Jan-Lük Melanşon seçicilərin 21,95%-nin etimadını qazana bilib.

***

23:58

Fransada prezident seçkiləri keçirilir. 

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib. 

Bildirilib ki, seçkilərin birinci turunda Le Pen 27,8 faiz, Makron isə 26,2 faiz səslə liderdir.

Ağarza Elçinoğlu