Amerika Birləşmiş Ştatları hələ də sovet istehsalı olan qırıcıların Almaniya ərazisindən Ukraynaya ötürülməsi ideyasını dəstəkləmir.
"Unikal" xəbər verir ki, bunu “NBC” televiziyasına müsahibəsində Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, Şərqi Avropada bir ölkə Kiyevə MiQ-29 və ya digər sovet istehsalı olan təyyarələr göndərmək arzusunu ifadə edərsə, bu, onların öz qərarı olacaq.
Sallivan onu da qeyd edib ki, Amerika tərəfi ümumiyyətlə Almaniyadan təyyarələr göndərəcəyini açıqlamayıb.