Rusiyanın Stupino şəhərində yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində partlayış baş verib.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Məlumata görə, partlayışın nasazlıq səbəbindən məişət qazı xəttində sızmadan baş verdiyi bildirilib.
Qeyd olunub ki, qəzanın nəticələrinin aradan qaldırmaq üçün hadisə yerinə 59 nəfər, 20 texnika cəlb edilib.