Rusiyada "Mitsubishi" avtomobilləri yığılan zavod fəaliyyətini dayandırıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, avtomobillərin istehsalı qeyri-müəyyən müddətə dayandırılıb.
Yapon şirkəti bildirib ki, Kaluqa bölgəsində yerləşən zavod logistik çətinliklər səbəbilə bağlanıb.
Qeyd olunub ki, Rusiyaya avtomobillərin və ehtiyat hissələrinin ixracı mart ayında dayandırılıb, lakin yaxın vaxtlara qədər şirkət artıq idxal edilmiş hissələrlə işləyirdi - indi onların ehtiyatları da başa çatıb.
Ağarza Elçinoğlu