Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SPM Oil and gas” şirkəti ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, universitetin professor-müəllim heyəti, “SPM Oil and gas” şirkətinin Rusiya və Şərq ölkələri üzrə regional rəhbəri Elnur Qulamov və nümayəndə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan rektor, professor M.Babanlı univeristetdə görülən işlər, əməkdaşlıq əlaqələri, akkreditasiya olunan ixtisaslar, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığının universitetin prioritet istiqamətlərindən biri olduğunu deyən rektor M.Babanlı “SPM Oil and gas” şirkətinin ehtiyaclarına uyğun kadrların yetişdirilməsi üçün tələbələrin şirkətdə təcrübəyə cəlb olunması, eyni zamanda şirkət mütəxəssislərinin dəvətli professor qismində seminarlar keçməsi üçün birgə işlər görülməsinin vacib olduğunu deyib.
“SPM Oil and gas” şirkətinin filial rəhbəri E.Qulamov təmsil etdiyi şirkət haqqında iştirakçılara məlıumat verib və ADNSU ilə innovativ layihələrin işlənilib hazırlanmasında, yenilikçi ideyaların reallaşdırılmasında, tələbələrin təcrübə keçməsi üçün imkanların yaradılmasında maraqlı olduqlarını qeyd edib.
Sonda tərəflər arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Qeyd edək ki, Memoranduma əsasən, ADNSU-nun tələbə və müəllimlərinin tərcübə prosesində neft sənayesində istifadə olunan texnologiya və məhsullar ilə tanışlığı, tələbələr üçün seminarların təşkilinə dəstək göstərilməsi, kurrikulum çərçivəsində tələbələr üçün mühazirələrin keçirilməsinə dəstək verilməsi, həmçinin universitet tərəfindən potensial təcrübə və iş imkanları üçün şirkətə məlumat göndərilməsi və anlaşmadan irəli gələn digər məsələlərin icrası nəzərdə tutulu