"Qalatasaray"ın yeni baş məşqçisi bəlli olub.
"Unikal" xəbər verir ki, Türkiyə klubu sabiq futbolçusu Okan Buruku bu posta təyin edib.
“Cim-bom” 48 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, Buruk ilk mövsümündə 930 min avro maaş alacaq. Gələn ilin yayında onun daha bir il qalması qərara alınsa, həmin vaxt məvacibi 1 milyon avro təşkil edəcək.
O, bu postda istefaya göndərilən Domenek Torreni əvəzləyib.
Qeyd edək ki, Okan Buruk 1991-2001 və 2006-2008-ci illərdə “Qalatasaray”ın formasını geyinib. Çalışdırıcı 2013-cü ildə başlayan məşqçilik karyerasında isə “Elazığspor”, “Qaziantepspor”, “Sivasspor”, “Göztepe”, “Akhisar”, “Çaykur Rizespor” və “Başakşehir”ə rəhbərlik edib.