Neftçala rayonunun 2 №-li Mayak kəndində ümumi sahəsi 168 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 10 m² sahədə və ev əşyaları qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.