Azərbaycanda son on gündə günvurma ilə bağlı müraicətlərin sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi-eksperti, terapevt Zakir Quliyev məlumat verib.
Onun sözlərinə görə, avqustun 7-dən bu günə kimi təcili tibbi yardıma günvurma ilə əlaqədar 6 nəfər müraciət edib.
Z.Quliyev bildirib ki, onlardan 3-ü hospitalizasiya olunub, 3-nə isə yerində yardım göstərilib.