Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran rayonunun Sütəmurdov kəndində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Nazirlikdən "Unikal"-a bildirilib ki, FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.