Yerüstü Nəqliyyat Agentliyinin Nizamnamə fondu təsdiqlənib.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
2. Müəyyən edilsin ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnamə fondu 5 642 390 (beş milyon altı yüz qırx iki min üç yüz doxsan) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.
5. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 634; 2016, № 6, maddə 1067, № 11, maddə 1841; 2018, № 9, maddə 1840; 2020, № 3, maddə 231) 1-ci hissəsi ləğv edilsin.
6. “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 704 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1458) 2-ci hissəsi ləğv edilsin.
7. “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 yanvar tarixli 750 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 72, № 6, maddə 1066) 2-ci hissəsi ləğv edilsin.