Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK terror təşkilatının “qırmızı bülleten”lə axtarılan iki terrorçusunu saxlayıb.

"Unikal" xəbər verir ki, sözügedən şəxslər Atilla Çiçek və Hüseyin Yıldırım Türkiyə kəşfiyyatçıları tərəfindən ölkənin sərhəd xəttində həyata keçirilən əməliyyat zamanı saxlanılıb. 

Məlumata görə, həmin şəxslər 2012-ci ilin sentyabr ayında Tuncelidə və 2020-ci ilin avqustunda Ağrı Doğubayazıtda həyata keçirilən hücumlarda iştirak ediblər.