Ukrayna məhkəməsi keçmiş ədliyyə naziri Aleksandr Lavrinoviç və xarici işlər naziri Kostyantın Qrışşenko barəsində həbs qətimkan tədbiri seçib. Şəxslər  “Xarkov müqavilələri”ni hazırladıqlarına görə dövlətə xəyanətdə ittiham olunublar.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat yayıb.

İstintaq Bürosu 21 aprel 2010-cu il tarixindən Ukrayna ərazisində Rusiya Federasiyasının Qara Dəniz Donanması - qondarma Xarkov müqavilələrinin hazırlanması, imzalanması, ratifikasiyası və icrası zamanı dövlətə xəyanətə görə iki keçmiş nazirin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübutlar toplayıb. 

2021-ci ildə Yanukoviç və keçmiş baş nazir Nikolay Azarova qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb və onlar da axtarışa verilib.  Əməliyyat məlumatlarına görə, təqsirləndirilən şəxslər xaricdədirlər.

İstintaq davam edir.

Gülayə Mecid