İrəvanın Ağsaqqallar Şurası baş nazirin keçmiş müavini, Ermənistanın Milli Maraqlar Fondunun Direktorlar Şurasının sədri Tiqran Aviniyanı mer müavini seçib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, onun lehinə 44 ağsaqqal səs verib, ikisi bitərəf qalıb, əleyhinə səs verən olmayıb.

Tiqran Avinyan 2018-2021-ci illərdə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş nazirin müavini vəzifəsində çalışıb.