"Əgər Rusiya ona malik olmayan və öz ərazisində adi silahlarla özünü müdafiə edən ölkəyə qarşı taktiki nüvə silahından istifadə etsə, o zaman “sivil dünyadan kənarda qalacaq”, bunun ruslar üçün nəticələri çox böyük olacaq". 

"Unikal"  "Polsat News"a istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

"ABŞ-da nüvə raketlərini buraxan düymələr də var. ABŞ əsas nüvə dövlətidir, dünyanın ən böyük hərbi gücüdür. ABŞ-ın bu Rusiya təhlükəsini ciddi qəbul etməsi həm də Rusiya üçün təhlükədir”, - Duda bildirib.

Duda qeyd edib ki, Vaşinqton ardıcıl olaraq Rusiyaya “möhkəm, qəti və sakit cavab” xəttini həyata keçirir.

Gülayə Mecid