Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı müharibədə itkiləri 9 min nəfərdən çoxdur.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, bu barədə müdafiə nazirinin müavini Hanna Malyar "ISLND TV" "YouTube" kanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ukraynanın müharibədə itkiləri düşmənin itkilərindən qat-qat azdır və bu, Silahlı Qüvvələrin bacarığının göstəricisidir.

"Yüz minlərlə deyil. Şükürlər olsun ki, yüz minlərlə deyil. Bir neçə həftə əvvəl 9 minə yaxın rəqəm açıqlandı. Təbii ki, ölənlərin sayını tam bilmədiyimiz Mariupol var. Minlərlədir, amma birmənalı olaraq yüz minlərlə deyil... ", - deyə Malyar bildirib.

Gülayə Mecid