Peskov Ukraynanın şərqində rusiyapərəst separatçıların nəzarətində olan qondarma Donetsk və Luqansk xalq respublikaları, Zaporojya və Xerson vilayətlərində Rusiyanın tərkibinə daxil olmaq üçün bu gün başlayan referendumları dəyərləndirib. 

"Unikal" xəbər verir ki, referendumların Rusiyaya birləşmə qərarı ilə nəticələnəcəyi təqdirdə adı çəkilən bölgələrin qorunacağını bildirən Peskov, Ukraynanın bölgələri geri almaq cəhdlərinin "Rusiyaya hücum" kimi qiymətləndiriləcəyini bildirib.

Bununla yanaşı,  Kremlin mətbuat katibi  referendumun nəticələrinə görə bölgələrin Rusiyaya birləşdirilməsi prosesinin inzibati səviyyədə sürətlə irəliləyəcəyini vurğulayıb. 

Qeyd edək ki, referendumlar sentyabrın 27-dək davam edəcək.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba referendum qərarlarına “Saxta referendumlar heç nəyi dəyişməyəcək” deyərək reaksiya verib. 

Gülayə  Mecid