Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna hərbçilərinə dəyişdirilən Viktor Medvedçukun hazırda harada olduğunu bilmədiyini bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Medvedçukun mübadiləsi ilə bağlı suala Peskov "Mən mübadilə mövzusu ilə bağlı məlumat vermirəm",- deyib. 

Mətbuat katibi Putinin Medvedçukla əlaqə saxlayıb-söhbət etmədiyini də bilmədiyini bildirib.

Xatırladaq ki, sentyabrın 21-də “Azov” alayının beş komandiri və on əcnəbi əsgər də daxil olmaqla, 215 ukraynalı müdafiəçi Rusiya əsirliyindən Ukraynaya qaytarılıb. Bu mübadilə çərçivəsində Kiyev 55 rusu və Viktor Medvedçuku Moskvaya təhvil verib.

Gülayə Mecid