Xarkov vilayətinin İzyum şəhərində artıq 427 cəsəd kütləvi dəfn olunduğu yerdən çıxarılıb. Onlardan beşi uşaqdır.

"Unikal"  xəbər verir ki, bu barədə Ukrayna Milli Polisin Baş İstintaq İdarəsinin rəisi Serhi Panteleyev deyib. 

"Bu gün İzyum şəhərində dünyasını dəyişən və dəfn edilən vətəndaşlarımızın meyitlərinin eksqumasiyasını başa çatdırırıq. Hazırda polis 427 vətəndaşımızın meyitini yerdən qaldırıb ki, onlardan 202-si qadın, 189-u kişi və 5-i isə uşaq meyitidir". 

Onun sözlərinə görə, hazırda 11 cəsədin cinsini müəyyən etmək mümkün deyil, bununla məhkəmə-tibb ekspertləri məşğul olacaq.

Gülayə Mecid