Əfqanıstanın paytaxtı Kabildə cümə namazından sonra Vəzir Əkbər Xan məscidi qarşısında bombalı hücum olub.  

"Unikal" xəbər verir ki,  bu barədə Taliban administrasiyasının Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran məlumat yayıb. 

Hadisə nəticəsində 4 nəfər həyatını itirib.

Digər tərəfdən, Kabildəki Təcili Tibbi Yardım Xəstəxanasından verilən açıqlamada, hücumda yaralanan 10 nəfərin xəstəxanaya gətirildiyi qeyd edilib.

Məscidin ətrafındakı küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Seymur Əli