Bir müddət əvvəl vəzifəsini tərk edən Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson səhvən Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.

"Unikal" xəbər verir ki, Böyük Britaniya parlamentində Ukrayna müharibəsi ilə bağlı müzakirələrdə danışan Conson səhvən Ukrayna lideri Vladimir Zelenskiyə deyil, “ilhamverici liderliyinə” görə Putinə təşəkkür edib.

Putinin Ukraynaya hücumlarını artıracağı təqdirdə İngiltərənin də Ukraynaya dəstəyini artırmalı olduğunu ifadə edən Conson, “Ukrayna ordusunun qəhrəmanlığı sayəsində və əlbəttə ki, ruhlandırıcı liderliyinə görə Vladimir Putinə təşəkkür edirəm”, - deyib. 

Boris Conson səhvini anlayan kimi sözlərini düzəldib:

“Bağışlayın, ruhlandırıcı liderliyinə görə Vladimir Zelenskiyə təşəkkür edirəm”.

Keçmiş baş nazir əlavə edib ki, Rusiya ordusu çox hərbçi itirib və o, Ukraynanın müharibədə qalib gələcəyinə əmindir.

Gülayə Mecid