İranda aksiyalarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb.

"Unikal" İran dövlət televiziyasına istinadən xəbər verir ki, aksiyalarda iştirak edən vətəndaşlar və polislərdən 17 nəfər ölüb.
Yaralıların sayı 95 nəfərdir.

Aksiyalarda 61 təcili tibbi yardım və 25 yanğınsöndürən maşın yandırılıb.

Qeyd edək ki, İranda Məhsa Əmininin “Əxlaqi Təhlükəsizlik Polisi”nin nəzarətində ölməsi ilə bağlı etiraz aksiyalarının keçirildiyi şəhərlərin sayı ən azı 83-ə çatıb.