ABŞ-ın Ermənistandakı səfirliyi bəzi ərazilərin xüsusilə təhlükəli olduğuna işarə edərək, silahlı münaqişə ilə əlaqədar öz əməkdaşlarını ölkədə daha diqqətli olmağa çağırıb .

"Unikal" xəbər verir ki, bu barədə Amerika diplomatik missiyasının saytında məlumat yerləşdirilib. 

"Ermənistanda silahlı münaqişə ilə əlaqədar diqqətli olun".

Sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhəddində baş vermiş hərbi əməliyyatlardan sonra ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə aşağıdakı yerlərə qeyri-vacib səfərlər etmək qadağan edilib:

- Tavuş rayonu M4 magistral yolu boyunca İcevandan şimala və şərqə doğru bütün ərazilərə.

- Sevan gölünün şərqində Geqarkunik rayonu.

- Geqarkunik rayonu Sevan gölünün cənubunda və M10 şossesinin şərqində.

- Ararat rayonunun Yerasx kəndi.

- Vayots Dzor bölgəsi, Yeghegnadzorun şərqində.

- Sünik rayonu

Gültəkin Ələsgər