Türkiyə BMT Təhlükəsizlik Şurasında (GŞ) qüvvədə olan veto sisteminin ləğvini zəruri hesab edir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, Türkiyə nümayəndə heyətinin BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakından sonra Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib: “Daha çox siyasətçi dünyanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən daha böyük olduğunu deyir.

Çavuşoğlunun sözlərinə görə, səs çoxluğu ilə qərar qəbulu veto hüququnu əvəz edə bilər. “Bu məsələdə əsas odur ki, maksimum əhatəlilik və ədalətlilik təmin olunsun.

Çavuşoğlu xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-də islahatlarla bağlı çağırışı getdikcə daha çox dünya lideri tərəfindən dəstəklənir və bunu Baş Assambleyanın son sessiyası nümayiş etdirib.

15 ölkədən - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadan ibarət BMT Təhlükəsizlik Şurasında yalnız beş daimi üzv veto hüququna malikdir. 

Gültəkin