“Yeddilik Qrupu” (G7) oktyabrın 25-də Berlində Ukraynanın bərpası ilə bağlı konfrans keçirməyi planlaşdırır. 

"Unikal" xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti tərəfindən yayılan G7 liderlərinin yazılı bəyanatında  qeyd olunub. 

Sənəddə deyilir ki, ölkələr Kiyevə maliyyə, humanitar, hərbi, diplomatik və hüquqi dəstək verməyə davam edəcək, həmçinin yenidənqurma səylərini irəli aparacaqlar.

“O cümlədən oktyabrın 25-də Berlində Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi üzrə beynəlxalq ekspert konfransının keçiriləcək” - bəyanatda deyilir.

G7 liderləri bildiriblər ki, onlar “Ukrayna ilə nə qədər vaxt lazımdırsa, möhkəm dayanacaqlar”.

Gültəkin