Xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu Yorkda BMT Baş Assambleyasının iclasları çərçivəsində keçirdiyi təmaslarla bağlı mətbuat konfransı keçirib.

"Unikal" xəbər verir ki, çıxışında F-16 məsələsinə də toxunan nazir proses texniki səviyyədə normal getdiyini bildirib.

"Bayden administrasiyanı dəstəkləyir. Konqresdən bəzi çatlaq səslər çıxdı. Aşağı qanaddan mənfi qərar oldu, amma bu məcburi deyil”.

Çavuşoğlu onu da bildirib ki, şərti F-16 müqaviləsi olarsa, bunu qəbul etməyəcəklər. “ABŞ-dan F-16-ların şərti satışı tətbiq edilərsə, almağı dayandıracağıq, istifadə edə bilmədiyimiz silahı niyə almalıyıq?”, - deyə Çavuşoğlu bildirib.

Mövlud Çavuşoğlu görüşdə bildirib ki, prezident Ərdoğan Nyu-Yorkda 25 ikitərəfli görüş keçirib, 16-da özünün də iştirak edib.

Ukrayna məsələsinə toxunan nazir onu da bildirib ki, müharibənin sona çatması üçün ədalətli/sülh həlli üçün əlimizdən gələni edəcəyik.

Çavuşoğlu, "Türkiyənin sülh ümidi var. Rusiyanın səfərbərlik elan etməsi müharibəni uzadır. Ədalətli sülhdə uduzan olmayacaq" deyib.