Soyuq və rütubətli hava COVID-19-a yoluxanların sayının artmasına səbəb olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Belçika, Danimarka və Britaniyada vəziyyət xüsusən ağırdır.
Sözügedən ölkələrdə son həftədə yoluxmalar 17%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 4% artıb. Oktyabrda yoluxmaların daha da artacağı gözlənilir.