Çili sahillərində 6 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Orta Asiya Seysmoloji Mərkəzi məlumat verib.
Zəlzələnin episentri Ankunda şəhərindən 150 km cənubda yerləşir. Yeraltı təkanlar 80 km dərinlikdə baş verib.
Sunami barədə məlumat daxil olmayıb.