Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının 7 silahlısını zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, terrorçular "Pəncə-Kilid" anti-terror əməliyyatı zonasında zərərsizləşdiriliblər.

Qeyd edək ki, "Pəncə-Kilid" anti-terror əməliyyatı aprelin 17-də başlayıb və İraqın 3 rayonunda həyata keçirilir.