Hindistanın şimalındakı Uttar Pradeş ştatında son sutka ərzində güclü leysan və ildırım çaxması səbəbindən azı 36 nəfər ölüb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, leysan zamanı evlərin uçması nəticəsində azı 24 nəfər ölüb. Qalan 12 nəfər isə ildırım vurması nəticəsində həyatını itirib. Bundan əlavə, daha bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Təkcə son beş gündə ştatda ildırım vurması nəticəsində 39 nəfər dünyasını dəyişib.