Türkiyənin Çanaqqala əyalətinin Ayvacık rayonu sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər həlak olub, 15 miqrant xilas edilib.

Məlumata əsasən, ölənlərdən 4-ü uşaqdır.

Qeyd edilir ki, itkin düşən bir nəfərin axtarışları davam etdirilir.