Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
Bildirilir ki, atışma Serentsi küçəsində yerləşən qızıl bazarının arxasındakı anbarda olub.
Hadisə yerinə gələn polis əməkdaşları burada bir kişi meyiti aşkarlayıb. İnsident zamanı xəsarət alan daha 1 nəfərə ilkin tibbi yardım göstərilib və o, tibb mərkəzinə aparılıb. Ərazidə çoxlu sayda tüfəng, tapança patronları və qan izləri aşkarlanıb.
Hadisə yerində həmçinin üzərində güllə izləri olan “Lexus” və “Mercedes” markalı avtomobillər aşkar edilib.