İranda sabitliyi pozmaq məqsədi daşıyan şəxslər məsuliyyətə cəlb ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi bildirib.
"Biz İslam hüquq normalarına riayət etməklə iğtişaşlara qarşı mübarizəni davam etdirəcəyik və vətəndaşların hüquqlarını qoruyacağıq. Dövlət qurumlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edən bütün iğtişaşçılar məsuliyyətə cəlb olunacaqlar", - nazir deyib.
İranlı nazir polis bölməsində ürək tutmasından dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin işi üzrə aparılan istintaqın nəticələrini təqdim edib. O deyib ki, tibbi rəyə əsasən, qız döyülməyib və kəllə sümüyünün sınığı aşkar edilməyib.