İspaniyanın Baş naziri Pedro Sançes koronavirusa yoluxduğunu açıqlayıb.
"Unikal"ın məlumatına görə, bu barədə Sançes tviter səhifəsində yazıb.
"Bu səhər mən COVID-19 üçün müsbət (test nəticəsi) aldım", - baş nazir yazıb.
Bununla əlaqədar o, bazar gününə planlaşdırılan tədbirdə iştirakını ləğv edib. "Mən bütün mümkün ehtiyat tədbirləri alaraq işimi davam etdirəcəm", - hökumət başçısı bildirib.
Esta mañana he dado positivo en #COVID19. No podré estar hoy junto a @salvadorilla y todos los compañeros y compañeras de @socialistes_cat en Gavà. Feliz #FestaDeLaRosa.
— Pedro Sánchez (@sanchezcastejon) September 25, 2022
Continuaré trabajando extremando las precauciones.