Türkiyənin Malatya və Qars əyalətlərində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

"Unikal" xəbər verir ki,  bu gün baş verən qəza zamanı yük maşınları minik avtomobilləri ilə toqquşub.

Türkiyənin NTV telekanalından verilən məlumata görə, Malatyada Kayseri-Malatya yolunda yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində avtomobildə olan  6 nəfər ölüb. Ağır yaralanan 1 uşaq isə aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ölənlərin hamısı bir ailənin üzvü olub.