Şəhid Anar Kazımovun anası Səyyarə Alıyevanın ölüm səbəbi açıqlanıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından "Unikal"a verilən məlumata görə, 1970-ci il təvəllüdlü Səyyarə Alıyeva Abbas Səhhət adına xəstəxanada sentyabrın 24-ü ginekoloji əməliyyat keçirib.

Əməliyyatdan bir sutka sonra tromboemboliya diaqnozu ilə dünyasını dəyişib.

***23:21

Şəhid anası dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, bu ilin avqustun 4-də  Qarabağdakı erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olan Anar Kazımovun anası Səyyarə Kazımova Şəmkirin  Qaracəmirli kəndində dünyasını dəyişib.

Şəhid anasının ötən gün halının pisləşdiyi, xəstəxanaya aparıldığı bildirilir. Aparılan müalicə tədbirlərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.