"Sumqayıt" klubunun yeni baş məşqçisi bəlli olub.

"Unikal" xəbər verir ki, komanda Samir Abasova tapşırılıb. 44 yaşlı mütəxəssisin müqaviləsi 2024/2025 mövsümünün sonunadək nəzərdə tutulub.

O, bu postda belaruslu Aleksey Baqanı əvəzləyib.

Qeyd edək ki, Samir Abasov 2015 - 2018-ci illərdə "Sumqayıt"a rəhbərlik edib.