Şimali Osetiyada 5500 avtomobil Rusiya-Gürcüstan sərhədini keçmək üçün növbə gözləyir.

"Unikal" xəbər verir ki,  bu  barədə TASS məlumat yayıb. 

Bildirilir ki,  respublika ərazisində 3600 minik avtomobili sərhədi keçmək üçün gözləyir. O cümlədən regionda 1900 tranzit ağır yük maşını var, onlardan 600-ü keçid məntəqəsindədir.

Qeyd edək ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb.

Seymur Əli