Bakıda itkin düşən yeniyetmə qız Ülviyyə Həsənzadə tapılaraq ailəsinə təhvil verilib.

Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

09.15

Bakıda yeniyetmə qız itkin düşüb.

"Unikal" xəbər verir ki, hadisə sentyabrın 28-də baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü Həsənzadə Ülviyyə Ülvi qızı hazırlığa getmək adı ilə evdən çıxıb geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.