Ağstafada 2 nəfərin xəsarət alması ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Qırılı kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 2000-ci il təvəllüdlü A.Rüstəmov və 1976-cı il təvəllüdlü X. Qurbanov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov