Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 01-02 oktyabr 2022-ci il tarixlərdə erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.

Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.

***

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.